• 14 °C
|

FIFA prezidenti İsrailə qadağanın əleyhinə olduğunu bildirib

2 Fevral 2026
img

FIFA prezidenti Canni İnfantino İsrailə qadağanın əleyhinə olduğunu bildirib.

APA xəbər verir ki, o, “SkyNews”a müsahibəsində bu məsələyə toxunub.

İnfantino bu cür qadağanı “məğlubiyyət” adlandırıb: “Biz qanunlarımıza dəyişiklik etməli və siyasi liderlərin əməllərinə görə heç bir ölkənin komandasının futbol oynamasına qadağa qoymamalıyıq”.