02 May 2025
UEFA Avropa Liqasında ilk yarımfinal oyunları keçirilib.
“Report”un məlumatına görə, İspaniyanın “Atletik Bilbao” klubu doğma meydanında İngiltərənin “Mançester Yunayted” klubuna gözlənilmədən böyük hesabla məğlub olub.
Axşamın digər matçında Londonun “Tottenhem”i “Budyo Qlimt”ə heç bir şans verməyib.
UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
1 may
23:00. "Tottenhem" (İngiltərə) – "Bodo-Qlimt" (Norveç) – 3:1
23:00. "Atletik Bilbao" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə) – 0:3
Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 8-də keçiriləcək.