• 32 °C
|

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

25 Avqust 2026
img

Astarada narkotik tərkibli bitkilər yetişdirən 51 yaşlı şəxs saxlanılıb.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

Tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı Gündüz Tağıyev saxlanılıb.

Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 46 ədəd narkotik tərkibli bitki aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.