• 11 °C
|

Bakı-Quba avtomagistralında ağır qəza, 1 nəfər ölüb 2 nəfər yaralanıb

20 May 2025
img

Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu gün Quba yolunda “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub .

İlkin məlumatlara görə, qəza nəticəsində bir nəfər dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.