• 30 °C
|

Bakıda açıq ərazidə yanğın başlayıb

16 İyul 2026
img

Bakıda açıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.