• 30 °C
|

Biləsuvarda zəncirvari qəza olub, bir nəfər ölüb

17 İyul 2026
img

Biləsuvarda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun məlumatına görə, qəza rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hadisə üç avtomobilin iştirakı ilə baş verib.

Ağır qəza nəticəsində sürücülərdən biri — Şərifağa Əmənov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.