• 28 °C
|

Bu il narkotiklərlə bağlı 3282 nəfər məsuliyyətə cəlb edilib, 33-ü xarici vətəndaşdır

17 Avqust 2026
img

Bu ilin yeddi ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3282 nəfər cəlb edilib.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Bildirilib ki, onlardan 3188-i kişi, 94-ü qadındır.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 33 nəfəri xarici ölkə vətəndaşıdır.