
Ucarda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində Bakı şəhər sakinləri – 1971-ci il təvəllüdlü Zaur Rzayev, 2002-ci il təvəllüdlü Nuranə Rzayeva, 1983-cü il təvəllüdlü Xəyalə Rzayeva, 1994-cü il təvəllüdlü Namaz Bayramlı, 2023-cü il təvəllüdlü Salman Bayramlı və “Hyundai” markalı avtomobilin sürücüsü Kamran Ağababayev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
18:13
Ucarda yol qəzası olub, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.
Belə ki, “Mercedes” markalı minik maşını ilə “Hyundai” markalı minik maşını toqquşub.
Nəticədə 6 nəfər xəsarət alıb.
Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.