• 27 °C
|

Ucarda minik avtomobilləri toqquşub, 6 nəfər xəsarət alıb

15 Avqust 2026
img

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

Belə ki, “Mercedes” markalı minik maşını ilə “Hyundai” markalı minik maşını toqquşub.

Nəticədə 6 nəfər xəsarət alıb.

Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.