• 29 °C
|

Fridrix Merts: Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram

21 İyul 2026
img

Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram.

APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün uzaq məsafələrdə investisiya qoymaq çox vaxt asan olmur. Bu baxımdan, yerində əlverişli hüquqi və iqtisadi mühitin yaradılması həlledici əhəmiyyət daşıyır. Bu məsələni də bu gün müzakirə etdik. Bu gün imzalanan iki birgə bəyannamə sayəsində münasibətlərimizin inkişafı istiqamətində mühüm addım atmış olduq. Bir daha, hörmətli cənab Prezident, bu gün Berlinə səfər etdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirir və Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inandığımı ifadə edirəm”, – deyə Fridrix Merts bildirib.