• 22 °C
|

Gəncədə zəncirvari yol qəzası baş verib

17 May 2025
img

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Land Rover”, “Khazar”, “KIA” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.