• 26 °C
|

Hacıqabulda qəzada 4 nəfər xəsarət alıb

1 Avqust 2026
img

Hacıqabulda baş verən avtomobil qəzasında 4 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 1 radələrində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı iki avtomobilin toqquşması nəticəsində avtomobillərdə olan 4 nəfər sürücü və sərnişinlər; Hacıqabul şəhər sakinləri, 2008-ci il təvəllüdlü Məhəmməd Süleymanov, 2004-cü il təvəllüdlü Əbülfəz İsmayılov, 2006-cı il təvəllüdlü Akif Zalov və 2004-cü il təvəllüdlü Tural Ağayev müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.