• 30 °C
|

Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var – FOTO

12 İyul 2026
img

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində çoxsaylı xəsarət alan var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində çox sayda insan xəsarət alıb. Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.