• 30 °C
|

İsmayıllıda qəza olub, xəsarət alan var

20 İyul 2026
img

İsmayıllıda avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

Hadisə nəticəsində Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Məmmədov İlham Rəsul oğlu ağır dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyətinin ağır olduğu bildirilir.