
Kəlbəcər rayonunda çayda batan uşağın meyiti tapılıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, 2015-ci il təvəllüdlü Y.Abutalıbovun meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən çaya düşdüyü yerdən təxminən 600 metr aralıda aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy
***
12 iyul, 21.49
Kəlbəcərdə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çəpli kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2015-ci il təvəllüdlü Z. Abutalıbov çaydan su götürmək istəyərkən çaya düşüb.
Dərhal hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Hazırda yeniyetmənin axtarışları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.