• 27 °C
|

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO

15 Avqust 2026
img

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Elcan Hüseynov saxlanılıb. Ondan 5 kiloqram narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.