• 29 °C
|

Salyanda yol qəzasında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb- FOTO – VİDEO – YENİLƏNİB3

21 İyul 2026

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (1 qadın, 4 kişi) 20.07.2026-cı il tarixində 18:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

APA xəbər verir ki, bu barədə TƏBİB-in hadisə ilə bağlı açıqlamasında deyilir.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Vəziyyəti kritik ağır olan 1 nəfərin (kişi) isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 19:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

***

20:12

Salyanda yol qəzasında ölənlərin sayı 3-ə çatıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində xəsarət alaraq xəstəxanaya çatdırılan şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

***

19:26

Salyanda yol qəzasında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, “Toyota” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar Salyan xəstəxanasına çatdırılıb.

"VAZ"da sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti FHN-in qüvvələri tərəfindən çıxarılıb.

***

18.41

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.

"Toyota" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir.

Bundan başqa, xəsarət alanlar da olub, onlar Salyan xəstəxanasına çatdırılıb.