
30.05.2025-ci il saat 19:35-də Tərtər Rayonu Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu haqda APA-ya Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 1978-ci il təvəllüdlü şəxsə Sağ ayağın pəncə nahiyəsinin parçalanmış, didilmiş yarası diaqnozu təyin edilib.
Həmin şəxs daha sonra Bərdə Rayon mərkəzi Xəstəxanasına göndərilib.
***
20:09
Minaya düşən şəxs hadisə yerindən təxliyə olunaraq aidiyyəti üzrə təhvil verilib.
APA xəbər verir ki, o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılır.
Faktla bağlı araşdırma aparılır.
***
19:33
Ağdərə rayonunda mina hadisəsi baş verib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.
Belə ki, Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xətti hesab olunan ərazilərdə mal – qara oturarkən mina partlayışı nəticəsində xəsarət alıb.
Hadisə yerinə aidiyyəti üzrə hüquq mühafizə orqanları və ANAMA əməkdaşları cəlb olunub.