• 23 °C
|

Kreml Ukrayna danışıqları üçün hansı şəhəri priorotet hesab etdiyini açıqlayıb

9 Sentyabr 2026
img

Rusiya Ukraynada nizamlanma üzrə danışıqlar üçün Əbu-Dabini prioritet məkan hesab edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Kreml rəsmisi onu da bildirib ki, ABŞ-nin Ukrayna üçün yol xəritəsini görməyib.

O qeyd edib ki, ABŞ hərbi əməliyyatlara tezliklə son qoymaq üçün Ukraynaya birbaşa yardım göstərməyi dayandıra bilər.