• 25 °C
|

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

5 Sentyabr 2026
img

Rusiya prezidenti Vladimir Putin gecə yarısından başlayaraq üç gün ərzində Kiyevə zərbə endirməməyi əmr edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, zərbələrin müvəqqəti dayandırılması Ukrayna paytaxtında amerikalı danışıqçılar Stif Uitkoff və Cared Kuşnerlə görüşlərin hazırlanması və keçirilməsi ilə əlaqədardır.

Peskov Rusiya prezidentinin bu gün hər iki nümayəndəni də qəbul edəcəyini söyləyib.