28 Sen 2026

Rusiyanın Yaroslavl vilayətində fişəng zavodunda baş vermiş yanğında ölənlərin sayı 13 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə TASS Təcili Yardım Xidmətinə istinadən məlumat yayıb.
***
19:02
Rusiyada fişəng zavodunda yanğın baş verib.
APA-nın Rusiya bürosunun xəbərinə görə, hadisə Yaroslavl vilayətində qeydə alınıb.
Yanğın nəticəsində 5 nəfər ölüb, daha bir nəfər yaralanıb.
Yanğının artıq lokallaşdırıldığı bildirilib.