• 21 °C
|

Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb

12 Sentyabr 2026
img

Rusiyanın Amur vilayətinin Tambov bələdiyyə dairəsində iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə regionun Dövlət Avtomobil Müfəttişliyi məlumat yayıb.

İlkin məlumata görə, qəza yerli vaxtla saat 01:00 radələrində Blaqoveşensk–Qomelevka avtomobil yolunun 41-ci kilometrində baş verib.

Qarşı hərəkət zolağına çıxma nəticəsində “Infiniti” və “Toyota Corona Premio” markalı avtomobillər toqquşub. Zərbədən sonra “Infiniti” avtomobili yanmağa başlayıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücü və sərnişinləri olmaqla 4 nəfər hadisə yerində aldıqları xəsarətlərdən ölüb. “Toyota”nın daha iki sərnişini xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir. Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.