18 Yan 2025
Rusiya Federasiyasının Moldova Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Aleksandr Andreyev Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Sputnik Moldova” məlumat yayıb.
Rusiyalı diplomat Moldova XİN-ə hansı mövzuya görə çağırıldığını şərh etməyib.