• 16 °C
|

Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır

26 Yanvar 2025
img

ABŞ prezidenti Donald Trampın administrasiyası TikTok sosial şəbəkəsinə nəzarəti Amerikanın “Oracle” şirkətinə ötürəcək plan üzərində işləyir.

APA xəbər verir ki, bu barədə şənbə günü ABŞ Milli İctimai Radiosu (NPR) məlumat yayıb.

“Hazırda Ağ Ev tərəfindən müzakirə edilən sövdələşməyə əsasən, Çində yerləşən “ByteDance” şirkətdə payını saxlayacaq. Proqramın alqoritmləri, məlumatların toplanması və proqram təminatının yenilənməsi isə artıq TikTok-un onlayn infrastrukturunun əsasını təmin edən “Oracle” tərəfindən idarə olunacaq”, – məlumatda deyilir.