• 9 °C
|

Ərdoğan: Trampın Ukraynadakı müharibə ilə bağlı səyləri Türkiyənin siyasəti ilə üst-üstə düşür

18 Fevral 2025
img

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında müharibəni bitirməsi üçün başlatdığı diplomatik səylər Türkiyənin son 3 ildə davam etdirdiyi siyasətlə üst-üstə düşür.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə Ukraynada daimi sülhə nail olmaq üçün dəstəyini davam etdirəcək.