• 14 °C
|

Rusiyanın Xarkova zərbələr endirməsi nəticəsində 2 nəfər ölüb, 25 nəfər yaralanıb – YENİLƏNİB

30 Mart 2025
img

Gecə ərzində Rusiya qüvvələri Xarkova PUA-lar vasitəsilə zərbələr endirib.

APA “Unian”a istinadən xəbər verir ki, hadisə nəticəsində 67 yaşlı kişi və 70 yaşlı qadın həlak olub.

Bundan başqa, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***
01:10

Ukraynanın Xarkov şəhərində hərbi xəstəxana binasına zərbə endirilib.

APA xəbər verir ki, belə bir bəyanatla Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı çıxış edib.

İlkin məlumata görə, tibb məntəqəsində müalicə alan hərbi qulluqçular arasında itkilər var.

Xarkov rayonunun başçısı Oleq Sinegubov bildirib ki, şəhərdə bina, tibb müəssisəsi və inzibati binaya ziyan dəyib.

Çoxmərtəbəli yaşayış binalarının pəncərələri qırılıb, şəxsi avtomobillər və qarajlar yanıb.