• 10 °C
|

Rusiya Xarkova dronlarla kütləvi şəkildə hücum edib

3 Aprel 2025
img

Rusiya tərəfi Xarkova pilotsuz uçuş aparatı hücumu həyata keçirib.

APA “Unian”a istinadən xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat verib.

“Düşmənin 14 PUA-sı şəhərin beş nöqtəsinə zərbə endirib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Mənzil və nəqliyyat infrastrukturuna cüzi ziyan dəyib”, – Terexov qeyd edib.