• 12 °C
|

Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti 45 gündən sonra tapılıb

15 May 2025
img

Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti 45 gündən sonra tapılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, meyit ötən gün Kür çayına düşən avtomobildə olanların axtarışları zamanı aşkarlanıb.

Axtarış-xilasetmə məqsədilə ilə Kür çayının Ortaçala SES yaxınlığında səviyyəsi azaldılıb. Nəticədə xilasedicilər SES-in yaxınlığında naməlum cəsəd aşkarlayıblar.
Tibbi ekspertiza nəticəsində cəsədin aprelin 1-də özünü Kürə ataraq intihar etdiyi bildirilən 21 yaşlı Aytac Məmmədovaya məxsus olduğu məlum olub.

Kürə düşən avtomobilin sərnişinlərinin axtarışları isə davam etdirilir.