• 11 °C
|

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı: Tailand İndoneziyaya qalib gəlib

24 May 2025

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Tailand millisi İndoneziya yığmasına qalib gəlib.

"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan E qrupunun II turunun matçında birincilər 4:0 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, bu qrupun digər görüşündə Monteneqro Kosta Rikanı 9:0 hesabı ilə məğlub edib.

Foto: Mircavid Eminoğlu.