15 Mar 2026

İsveçrədə Alp dağlarının Rimpfişhorn massivində beş turistin meyiti aşkar edilib.
APA xəbər verir ki, bu barədə “Deutsche Welle” telekanalı məlumat yayıb.
“Zermatt dağ-xizək kurortu yaxınlığında beş xizəkçinin cansız bədəni tapılıb”, – məlumatda qeyd olunur.
Hazırda ölən şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.
Hadisənin dəqiq səbəblərinin araşdırılması üçün istintaq başlayıb.