15 Mar 2026

Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib ki, Ukraynaya serb mənşəli sursatların göndərilməsi ehtimalı olan istənilən müqaviləni bloklayacaq.
APA xəbər verir ki, bu barədə o, Serbiya Radio və Televiziyasının (RTS) efirində danışıb.
“Belə hallardan xəbərdar olmalıyıq və bu cür müqavilələrin həyata keçirilməsinə imkan verməməliyik”, – deyə dövlət başçısı vurğulayıb.