15 Mar 2026

2024-cü ildə Almaniya vətəndaşlığını qəbul edən əcnəbilərin sayı rekord həddə çatıb.
APA xəbər verir ki, bu barədə “Welt” qəzeti Almaniyanın federal əyalətlərinin hökumət orqanlarına istinadən məlumat verib.
Mənbənin sözlərinə görə, buna səbəb vətəndaşlıq prosedurunu sadələşdirən qanunvericiliyin yumşaldılması olub.
Qeyd olunur ki, ötən il 250 minə yaxın şəxs alman pasportu alıb. 2023-cü ildə vətəndaşlıq alanların ümumi sayı təxminən 200 min nəfər idi.