• 9 °C
|

Türkiyə ilə Yunanıstan arasında zəlzələ baş verib, 11 nəfər yaralanıb – YENİLƏNİB

3 İyun 2025
img

Xəbər verdiyimiz kimi, Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib.

APA Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Muğla valisi İdris Akbıyıkın sözlərinə görə, xəsarət alanlar zəlzələ zamanı panikaya düşən və yüksəkmərtəbəli binalardan tullananlardır.

***
03:54

Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Türkiyənin təxminən 95,8 min nəfərin yaşadığı Marmaris şəhərindən 18 km cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 58 km dərinlikdə olub.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Təsir zonasında sunami təhlükəsi elan edilib.