İran Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda cümə günü Cenevrədə Avropa ölkələri – İngiltərə, Fransa və Almaniya ilə danışıqlar aparacaq.
APA xəbər verir ki, bu haqda İranın Xarici İşlər Nazirliyinin sözçüsü məlumat verib.
O bildirib ki, tərəflər nüvə məsələləri ilə bağlı müzakirələr aparacaq və İsrailin İrana hücumundan sonra Yaxın Şərqdəki vəziyyəti nəzərdən keçirəcəklər.
İclasda Tehranı xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək. Avropa nümayəndə heyətinə isə adıçəkilən ölkələrin XİN rəhbərləri təmsil edəcək.
Bundan əlavə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da danışıqlarda iştirak edəcək