• 29 °C
|

Qrossi: Zənginləşdirilmiş uranın harada olduğunu müəyyənləşdirmək üçün AEBA-nın İranda fəaliyyətinin bərpası zəruridir

25 İyun 2025
img

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi hesab edir ki, təcili şəkildə İran ərazisində agentliyin müfəttişlərinin işini bərpa etmək lazımdır.

APA xəbər verir ki, Qrossi bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, təxminən 400 kiloqram zənginləşdirilmiş uranın dəqiq harada yerləşdiyini müəyyənləşdirmək üçün vacibdir.

“Bizdə bu materialların harada olduğu barədə informasiya yoxdur”, – deyə baş direktor vurğulayıb