• 28 °C
|

Zelenski Rusiya nefti üçün qiymət tavanının 30 dollaradək endirilməsini təklif edib

27 İyun 2025
img

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını Rusiyaya qarşı sanksiyaların 18-ci paketinə daha sərt məhdudiyyətlər daxil etməyə çağırıb.

APA xəbər verir ki, Ukrayna lideri bu barədə “Telegram” kanalında yazıb.

O, xüsusilə Rusiya nefti üçün qiymət tavanının 30 dollaradək endirilməsini və neft ticarəti, banklar, hərbi avadanlıq təchizatçıları ilə bağlı sanksiyaların gücləndirilməsini təklif edib.

“Əsas hədəflər Rusiya neft ticarəti, kölgə tanker donanması, banklar və digər maliyyə qurumları, eləcə də silah istehsalına xidmət edən təchizat zəncirləri olmalıdır,” – Zelenski qeyd edib.