• 27 °C
|

Kobaxidze: Anaklia limanının tikintisinin birinci mərhələsi 2029-cu ilədək başa çatacaq

27 İyun 2025
img

Gürcüstan Qara dəniz sahilində dərin özüllü Anaklia limanının tikintisinin birinci mərhələsini 2029-cu ilədək başa çatdıracaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatını təqdim edərkən deyib.

O, Anakliada artıq dərinləşdirmə işlərinə və dalğaqıranların tikintisinə başlanıldığını qeyd edib. Kobaxidze layihənin birini mərhələsinin icrasına 600 milyon dollar investisiya cəlb olunacağını qeyd edib. Əlavə edib ki, birinci mərhələnin başa çatmasından sonra limanın illik 600 min konteyner qəbul etmə potensialı olacaq.