01 İyl 2025
Almaniyanın sabiq kansleri Angela Merkel hazırkı hökumətin qeyri-qanuni miqrantların, hətta sığınacaq istədikləri halda belə, ölkə sərhədinə buraxılmaması qərarını tənqid edib.
APA xəbər verir ki, bu barədə “dpa” agentliyi yayıb.
“Əgər kim isə Almaniya sərhədində ‘sığınacaq’ deyirsə, o zaman ilkin olaraq bir prosedur keçirilməlidir – istəsəniz, elə sərhəddə. Mən Avropa hüququnu belə başa düşürəm”, – deyə Merkel bildirib.