• 30 °C
|

Ankarada yanğın olub, biri uşaq olmaqla 3 nəfər ölüb, 20 nəfər zəhərlənib – FOTOLENT

13 İyul 2025
img

Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yaşayış kompleksində yerləşən çoxmərtəbəli binanda yanğın baş verib.

APA xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, binada köməksiz qalan sakinlər yanğınsöndürənlər tərəfindən xilas edilib. Qəzet xəbər verir ki, hadisə zamanı biri uşaq olmaqla 3 nəfər həyatını itirib, 20 nəfər isə dumandan zəhərlənib. Hadisə ilə bağlı Respublika prokurorluğu istintaqa başlayıb.

Yanğın dünən axşam saatlarında baş verib. Hadisənin səbəbi bəlli deyil. Güclü yanğın dumanından zəhərlənənlər xəstəxanalara yerləşdirilib.

Yanğın zamanı biri uşaq olmaqla 3 nəfərin cansız bədəni tapılıb

Yanğınsöndürmə qruplarının gərgin səyi nəticəsində yanğın nəzarət altına alınıb. Axtarış zamanı biri uşaq olmaqla 3 nəfərin həyatını itirdiyi müəyyən edilib. Ölənlərin adları Aras Şahin (3.5 aylıq), Hüsniyə Çelik Şahin və Muharrem Çetinkaya olaraq açıqlanıb.