• 11 °C
|

Merts: ABŞ Almaniya və Aİ-yə Ukraynaya veriləcək “Patriot” sistemlərinin əvəzini təmin edəcəyini vəd edib

22 İyul 2025
img

ABŞ, Avropa ölkələri Ukraynaya öz "Patriot" hava hücumundan müdafiə sistemlərini verdiyi təqdirdə, Almaniya və digər Avropa İttifaqı ölkələrinə bu sistemlərin əvəzini təmin edəcəyini vəd edib.

APA xəbər verir ki, bu barədə Almaniyanın kansleri Fridrix Merts bəyanat verib.

Hökümət başçısının sözlərinə görə, hazırda bu təşəbbüslə bağlı təfərrüatlar üzərində danışıqlar aparılır.