16 Mar 2026

Avropa liderləri ABŞ və Rusiya arasında 15 avqustda Alyaskada planlaşdırılan sammit ərəfəsində Moskva üzərində təzyiqi artırmağı, o cümlədən dondurulmuş Rusiya aktivlərinin Kiyevə verilməsi imkanını nəzərdən keçirirlər.
APA xəbər verir ki, bu barədə Financial Times qəzeti Avropa İttifaqının rəsmilərinə istinadla məlumat yayıb.
Məqalədə deyilir ki, təkliflərdən biri Belçikada saxlanılan 190 milyard avro dəyərində olan Rusiya aktivlərinin Ukraynaya kredit kimi verilməsidir.