• 29 °C
|

Ukrayna Polşa ilə “Starlink” xidmətinin ödənişi barədə danışıqlara başlayıb

26 Avqust 2025
img

Ukrayna rəsmiləri Polşa tərəfi ilə "Starlink" peyk sistemindən istifadə üçün ödəniş məsələsini müzakirə edirlər.

APA xəbər verir ki, bu barədə Ukrayna mediası ölkənin Rəqəmsal Transformasiya Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, "Starlink" terminalları ölkəyə Ukraynaya Müdafiə Nazirliyi vasitəsilə və özəl şirkətlər tərəfindən çatdırılır, xərclərin böyük hissəsi isə Polşa tərəfindən qarşılanır.

Peyk interneti vasitəsilə Ukrayna Silahlı Qüvvələri üçün hərbi idarəetmə sistemi formalaşdırılır. Onların arasına bölmələr arasında əlaqələndirmə, müdafiə və hücum əməliyyatlarının koordinasiyası, kəşfiyyat və müxtəlif sistemlərin idarə olunması daxildir.