• 12 °C
|

Aİ Ukraynaya 90 mlrd. avro kredit və Rusiyaya qarşı yeni sanksiyaları rəsmən təsdiqləyib

23 Aprel 2026
img

Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kreditin verilməsini təsdiq edib və Rusiyaya qarşı yeni – 20-ci sanksiyalar paketini qəbul edib.

APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta “X” hesabında bildirib.

“Aİ-nin Ukraynada ədalətli və davamlı sülhə nazil olmaq strategiyası iki sütuna söykənir: Ukraynanın gücləndirilməsi və Rusiyaya təzyiqin artırılması. Bu gün biz hər ikisində irəlilədik – Ukraynaya 90 milyard avroluq krediti təsdiq etdik, hansı ki, 2026-2027-ci illərdə hərbi və maliyyə yardımını nəzərdə tutur və Rusiyaya qarşı 20-ci sanksiyalar paketini qəbul etdik”, – Koşta qeyd edib.

O vurğulayıb ki, 20-ci paketin qəbul edilməsi Rusiyanın müharibəni aparmaq qabiliyyətini azaldır.

Koşta Avropanın Ukraynanı dəstəkləmək yolunda möhkəm dayandığını əlavə edib.