• 13 °C
|

Almaniya Hörmüz boğazında minatəmizləmə əməliyyatında iştirak etməyi planlaşdırır

25 Aprel 2026
img

Almaniya Hörmüz boğazında minatəmizləmə əməliyyatında iştirak etməyi planlaşdırır.

Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “Rheinische Post” qəzetinə müsahibəsində deyib.

O, beynəlxalq missiyanın yaradılacağı təqdirdə, Almaniyanın buna qoşulacağını və Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin olunmasında iştirak edəcəyini bildirib.

“Hörmüz boğazına hərbi qüvvənin göndərilməsi yalnız parlamentdən mandat alındıqdan sonra həyata keçə bilər”, – nazir vurğulayıb.

Pistorius əlavə edib ki, vaxta qənaət etmək üçün indidən Aralıq dənizinə bəzi qüvvələrin göndərilməsi ilə bağlı qərar verilib: “Bunu ona görə edirik ki, mandat veriləndə hazır olaq və vaxt itirməyək”.

Qeyd edək ki, artıq bir sıra ölkələr ABŞ və İran arasında razılaşma əldə olunduqdan sonra Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin olunmasında və minatəmizləmə prosesində iştirakda maraqlı olduqlarını bəyan ediblər.