27 Apr 2026

Böyük Britaniya kralı III Çarlzın ABŞ-a dövlət səfəri Vaşinqtonda baş verən silahlı insidentə baxmayaraq plan üzrə baş tutacaq.
APA xəbər verir ki, bu barədə Bukingem sarayı məlumat yayıb.
Məlumata görə, hər iki tərəfdə aparılan məsləhətləşmələrdən və hökumətin tövsiyəsindən sonra səfərin dəyişdirilməməsi qərara alınıb.
Qeyd edək ki, səfər 27–30 aprel tarixlərini əhatə edir.
III Çarlzın Konqresdə çıxışı və Ağ Evdə Donald Tramp tərəfindən qəbul olunacağı planlaşdırılır.