• 15 °C
|

İstanbulda qanunsuz mərc şəbəkəsinə qarşı əməliyyat zamanı 11 nəfər saxlanılıb

27 Aprel 2026
img

İstanbul qanunsuz mərc oyunları məşğul olan 11 nəfər saxlanılıb.

TRT “Haber”in məlumatına görə, saxlanılanlar qanunsuz mərc oyunlarından əldə olunan vəsaitlərin maliyyə dövriyyəsini təmin etmək məqsədilə bankomatlar (ATM) vasitəsilə nağd pul çıxararaq bu vəsaitlərin köçürülməsinə vasitəçilik etməkdə ittiham edilirlər.

Cinayətkar şəbəkəyə qarşı əməliyyat 3 bölgədə eyni vaxtda əməliyyat keçirilib. Həmçinin saxlanılan şəxslərin bank hesablarında ümumilikdə 123 milyon türk lirəsi həcmində əməliyyat dövriyyəsi olduğu müəyyən olunub.