
Böyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edib.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya XİN məlumat yayıb.
Eyni zamanda, Rusiya səfiri Andrey Kelin XİN-ə çağırılıb.
London bu qərarı Moskvanın britaniyalı diplomatı ölkədən çıxarmasından sonra qəbul edib. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) həmin diplomatın fəaliyyətində kəşfiyyat fəaliyyətinin əlamətlərini gördüyünü bildirib.
Britaniya XİN o vaxt Rusiyanın həmin qərarını pisləyib, onu qəbuledilməz adlandırıb və “sərt və adekvat cavab” verilə biləcəyi barədə xəbərdarlıq edib.