
İran zərbələrə məruz qalmış nüvə obyektlərinə beynəlxalq müfəttişlərin girişini bərpa etməyə hazırdır, lakin bunun müqabilində sanksiyaların yumşaldılmasını istəyir.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi bu imkanı Nyu-Yorkda Avropa və Yaxın Şərq ölkələrinin diplomatları ilə keçirilən qapalı görüşlərdə müzakirə edib. Danışıqlar bu həftənin əvvəlində başa çatan BMT Baş Assambleyasının sessiyası çərçivəsində aparılıb.
“Bloomberg” qeyd edir ki, nüvə obyektlərinə beynəlxalq müfəttişlərin girişinin təmin edilməsi Tehran tərəfindən güzəşt kimi qiymətləndirilə və ABŞ-la danışıqların düşdüyü dalandan çıxmasına kömək edə bilər.