• 13 °C
|

SEPAH terror qruplaşmasına qarşı əməliyyat keçirib, 2 nəfər öldürülüb

2 Oktyabr 2026

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Sistan və Bəlucistan vilayətinin Rask rayonunun qərbində dağlıq ərazidə gizlənən terror qruplaşmasına qarşı əməliyyat keçirib.

APA-nın Tehran bürosu xəbər verir ki, SEPAH Quru Qoşunlarının məlumatına görə, sözügedən terror qrupu müəyyənləşdirilib və qəfil əməliyyat nəticəsində zərərsizləşdirilib.

Əməliyyat nəticəsində 2 nəfər öldürülüb, daha bir neçə nəfərin isə təqib edildiyi bildirilib.

Qruplaşmanın vilayətdə bir sıra terror aktlarında, o cümlədən yerli SEPAH əməkdaşlarından birinin öldürülməsində iştirak etdiyi bildirilir.

Sözügedən qruplaşma yaxın günlərdə vilayətdə təhlükəsizliyin təmin olunması ilə məşğul olan qüvvələrə hücum planlaşdırıb.