• 21 °C
|

ABŞ “Ənsar Allah” hərəkatını terror təşkilatı elan etməyə hazırlaşır

23 Yanvar 2025
img

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Yəmənin husi üsyançı hərəkatı olan “Ənsar Allah”ı terror təşkilatı kimi tanımaq üçün fərman imzalayıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənəddə deyilir: "Bu fərman husilər kimi tanınan “Ənsar Allah”ın xarici terror təşkilatları siyahısına daxil edilməsinin nəzərdən keçirilməsi prosesinə start verir".